Türk müğənni Hadisə ölkənin Bebek bölgəsində bəyəndiyi evi almaq üçün bütün əmlakını satışa çıxarıb.
“Yeni Sabah” xəbər verir ki, 10 milyon dəyərində olan ev üçün müğənni İstanbulun bahalı bölgəsi hesab olunan Mashattandakı rezidensiyasını da satır. Rezidensiyanı isə 1 milyon 250 min lirəyə satışa çıxarıb. Əgər Hadisə həmin pulu toplaya bilsə, arzusunda olduğu evi ala biləcək və Boğazda yaşayacaq.
Məhz təhlükəsizlik üçün həmin evi almağa qərar verən Hadisə artıq həmin evin sahibi ilə danışıqlar aparıb. 250 kvadratmetr olan yeni ev 4 otaq və bir zaldan ibarətdir. pizza hut
Telegram kanalımız