Beyləqan rayonunda yeni doğulan körpənin ölümü qeydə alınıb.
Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, 8 fevral 2026-cı il tarixində saat 10:00 radələrində 1996-cı il təvəllüdlü hamilə qadın Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Hamiləliyin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş həyata keçirilib. Doğulan körpə oğlan uşağı olub, çəkisi 4100 qram, boyu isə 53 santimetr təşkil edib. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmazlığı diaqnozu qoyulub. pizza sifarişi
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 9 fevral 2026-cı il tarixində saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölümü qeydə alınıb.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Aytac Əliyeva
***
10:58
Beyləqan rayonunda yeni doğulan körpənin ölümü qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, rayonun Birinci Şahsevən kənd sakini 30 yaşlı Ülviyyə Əliyevanın Beyləqan Rayon Mərkəzi Xəstəxanasına dünyaya gətirdiyi oğlan uşağı doğuşdan sonra ölüb.
Faktla bağlı araşdırma aparılır
Telegram kanalımız