“27 Sentyabr - Anım Günü” ərəfəsində Beyləqan rayonunun bir sıra yaşayış məntəqələrində şəhid məzarları ziyarət edilib.
Yenisabah.az xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri rayonun Birinci Şahsevən, İkinci Şahsevən, Aşağı Çəmənli, Kəbirli, Qaradağlı, Dünyamalılar kəndlərində, Qəhrəmanlı və Milabad qəsəbələrində şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini ehtiramla yad ediblər.
Qeyd edək ki, şəhid məzarlarının ziyarəti davam edir. pizza mizza
Telegram kanalımız