Beyləqanda dəhşətli hadisə baş verib.
“Yeni Sabah” xəbər verir ki, elektrikli ətçəkən maşın 4 yaşlı Şirinova Lətifə Bünyamın qızının əlini doğrayıb.
Hadisə nəticəsində azyaşlının 4 barmağı doğranıb, yalnız baş barmağı qalıb ki, o da ciddi zədələnib. Uşaq Beyləqan Rayon xəstəxanasında əməliyyat olunub. Sonradan paytaxt Bakıya gətirilib və müalicəsi davam etdirilir. Hadisə ehtiyatsızlıqdan baş verib. pizza
Telegram kanalımız