Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda bütün ölkədə olduğu kimi, Beyləqan rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.
“Yeni Sabah” xəbər verir ki, Beyləqan Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 55366 baş iribuynuzlu, 2036 baş təkdırnaqlı heyvanda qarayara, 4858 baş sahibli itdə quduzluq, 730184 baş cücədə nyukasıl (“La-sota” ştammı ilə), 55008 baş iribuynuzlu, 202632 baş xırdabuynuzlu heyvanlarda dabaq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Həmçinin 49 baş iribuynuzlu heyvanlarda vərəmə görə allergik müayinə aparılaraq 10 min kvadratmetr sahədə profilaktik, 19 min kvadratmetr sahədə isə məcburi dezinfeksiya tədbirləri görülüb. Pepperoni pizza
Mart ayının ilk günlərindən isə Beyləqan Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 54857 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.
Telegram kanalımız