Beyləqanda qəza: Sürücü xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda qəza: Sürücü xəstəxanada öldü

Hadisə

03 Aprel 2026 11:59 302


Aprelin 2-də Beyləqanda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan üç nəfərdən biri ölüb.

"Yeni Sabah" xəbər verir ki, "Hyundai" markalı avtomobilin sürücüsü Xəqani Quliyev paytaxtdakı xəstəxanalardan birinə aparılarkən yolda ölüb.

O, idarə etdiyi "Hyundai" markalı avtomobil Yeni Xocavənd qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yol kənarındakı ağaca çırpılıb. pizza hut

Nəticədə avtomobildə olan 2009-cu il təvəllüdlü Nahid Rüstəm oğlu Əliyev və Ömər Qədir oğlu Rüstəmzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Avtomobildə xəsarət alan digər yaralılardan Nahid Əliyevin Avrasiya Hospitalında, Ömər Rüstəmzadənin isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!