Beyləqanda şəhid məzarları ziyarət olunur - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda şəhid məzarları ziyarət olunur - FOTOLAR

Sosial

26 Sentyabr 2024 12:47 306


27 Sentyabr-Anım Günü ərəfəsində Beyləqan rayonunun Mayak qəsəbə şəhidləri Dadaşov Seyfəddin Məhyəddin oğlunun və Kazımov Rantiq Fizuli oğlunun məzarları ziyarət edilib. 

Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayeb, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidlərin yaxınları iştirak ediblər. Şəhidlərimizin məzarları ziyarət edilərək xatirələri ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub. 

RİH başçısı Əziz Əzizov şəhid Dadaşov Seyfəddin Məhyəddin oğlunun və Kazımov Rantiq Fizuli oğlunun yaxınlarına dərin hüznlə baş sağlığı verib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açaraq, əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi bildirmişdir.  pizza hut

RİH başçısı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin, o cümlədən rəşadətli ordumuzun sayəsində bu gün Qarabağda həyatın yenidən canlandığını və bu torpaqların əzəli sahiblərinin sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıtdıqlarını vurğulayıb. 

Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!