Bəylər Eyyubovun qardaşı oğlunun şirkəti   bu deputatın kürəkəninə verildi

saytların hazırlanması

Evə çatdırılma

Bəylər Eyyubovun qardaşı oğlunun şirkəti bu deputatın kürəkəninə verildi

Siyasət

06 Yanvar 2026 14:27 40766


“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktoru və qanuni təmsilçisi Samir Qibləliyev vəzifəli şəxsin yaxın qohumudur.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimovun kürəkənidir.

Samir Qibləliyev son təyinatadək Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.  Dominos pizza

Qeyd edək ki, bundan əvvəl “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru vəzifəsində Rəşad Daşdəmirov işləyib. Şirkətin faktiki rəhbəri isə Ruslan Eyyubov olub. Onların hər ikisi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. R.Daşdəmirov və R.Eyyubov qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində ittiham olunurlar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ruslan Eyyubov Prezident Katibliyinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ..."o" olmasin, "bu" olsun...
    4 months ago