Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirlər keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirlər keçirilib

Sosial

21 Fevral 2019 15:46 1304


Ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

“Yeni Sabah” xəbər verir ki, paytaxt məktəblərində 21 fevralın Beynəlxalq Ana Dili günü kimi qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötümək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

Bakı məktəblərində “Dil xalqın varlığıdır!”, “Dilimiz-dəyərimizdir”, “Tarix ayırsa da, dil birləşdirir!”, “Mənim dilim”, “Ana dilimizi sevək və qoruyaq”, "Ana dilim-doğma dilim", “Azərbaycan dili-milli varlığımızıdır” və digər mövzularda tədbirlər, inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, bilik yarışları, xüsusi dərslər və məşğələlər təşkil edilib. Dominos pizza

Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!