Əbdül Musayev və Rüstəm Hüseynov Rusiyadan Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Əbdül Musayev və Rüstəm Hüseynov Rusiyadan Azərbaycana gətirildi

Hadisə

04 Mart 2026 10:52 385


Müxtəlif cinayətlərdə şübhəli bilinərək Rusiyada qaçıb gizlənən iki nəfər Azərbaycana gətirilib.

Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Musayev Əbdül Ruslam oğlu və Hüseynov Rüstəm Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Dördpendirli pizza

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Musayev Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.

Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!