Beynəlxalq fırıldaqçının çarəsiz qoyduğu ananın fəryadı – “Kiminsə kefi belə istəyir...”

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq fırıldaqçının çarəsiz qoyduğu ananın fəryadı – “Kiminsə kefi belə istəyir...”

Xalqın səsi

21 İyun 2021 15:35 14195


“Pul yumaq” üzrə beynəlxalq fırıldaqçı Moldovada yaşayan və biznesini idarə edən Almari Vael Süleymanın övladının anası Yekaterina Xasan Yenicag.az-a öz həyat tarixçəsini danışaraq çarəsizliyini dilə gətirib.

“Bir ananın çarəsizlik fəryad”

Ön söz pizza hut

Belə bir məşhur deyim var: “Evin sözünü çölə çıxarmazlar”. Amma insanın həm özünü, həm də ailəsini riyakarlardan və yalançılardan qorumaq üçün fəğan etmək, səsini ucaltmaq, “təbillərə vurmaq” məcburiyyətində qaldığı indiki dövrdə o ifadə çətin ki yenə aktual olsun.

Artıq bir müddətdir, Moldovada olduğu kimi, Azərbaycanda da mənim həyat tarixçəm aşkara çıxıb. Mən bunu uğur olaraq qiymətləndirirəm. Çünki bir insanın üzləşdiyi özbaşınalıqlar haqqında mümkün qədər çox adam bilməlidir. 6 yaşlı qızımı hər hansı məqbul səbəb olmadan məndən qanunsuz yolla ayırmaq, qoparmaq istəyirlər. Sadəcə, kiminsə kefi belə istəyir, deyə… Ona görə də mən Azərbaycanın aidiyyatı strukturlarından ictimai qaydada yardım və müdafiəmin təşkilini xahiş etməyə məcburam.

Vəziyyət artıq o həddə çatıb ki, Azərbaycanın bəzi dövlət məmurları öz şəxsi mənafelərindən çıxış edərək şantaj və təhdid vasitəsilə ailəmizə təzyiq göstərməyə çalışırlar.

Həmən bəyan etmək istəyirəm ki, həqiqət bizim tərəfimizdə olduğundan, ailəmizi qorumaq üçün qanun çərçivəsində sona qədər mübarizə apararaq susmayacaq və təslim olmayacağıq.

Biz təqribən 10 il əvvəl tanış olmuşduq və münasibətimizin ilk vaxtlarında hamilə qaldım. Onunla təxminən 1 ildən çox vətəndaş nikahında yaşadıq. Yeri gəlmişkən, bu onun Azərbaycan KİV-lərində qeyd etdiyi yeganə doğru faktdır. Birgə həyatımız qısamüddətli və unudulmaz olub. Burada “unudulmaz” sözünü o adamın sayəsində yaşadığım dəhşətləri nəzərdə tutaraq işlədirəm. Aqressiya (məsələn, evdəki mebelləri sındırırdı), mənə qarşı psixoloji basqıları, qeyri-sabit psixoloji durumu (məsələn, evə qapanır və onu narkotiklə “ilişdirəcəklərindən” qorxurdu), o cümlədən, açıq-aşkar xəyanətləri aramızda heç vaxt heç nəyin ola bilməyəcəyinə məndə şübhə yeri qoymurdu. Həmin dövrdə mətbuatda Almarinin birinci xanımının onun özünə yönəlik yol verdiyi həqarətlər barəsində yazdığı məqalələrlə qarşılaşdım. Yenə də aşkar xəyanət, qadını 2 dəfə aborta məcbur etməklə sağlamlığının pozulmasına səbəb olmaq, ən əsası, ondan qaçmaq istədikdə, başına salih dayamaq… Bütün bunlar ən qısa vaxtda ondan uzaqlaşmalı olduğumu mənə başa saldı.

Doğuşdan 2 ay sonra körpəmi də götürərək öz evimə qayıtdım.

KİV-də onu “tanınmış moldovalı biznesmen” kimi təqdim edirlər

Amma bunun belə olmadığını onun ad, soyad və atasının adından da görmək mümkündür. O, Britaniya pasportu daşıyan kürddür və Moldovada çoxdan yaşasa da, bu ölkənin vətəndaşı deyil. Ölkənin spesifikasını nəzərə alsaq, mənim nə dediyim yaxşı anlaşılar. Moldova çirkli işlərlə məşğul olanlar üçün çox münasib bir ölkədir. Moldova hakimiyyətdə korrupsionerlərin olduğu dövlətdir. Orada pulu çox olanlar hər zaman haqlıdırlar. Moldova dünyanın heç bir yerində analoqu olmayan “nağılvari yurisprudensiya” ölkəsidir. Mən bunu şişirtmədən deyirəm. Moldovada başdan-başa anarxiya və qanunsuzluq hökm sürür. Avropa və dünya birliyi orada baş verənlərdən məlumatlıdır. Avropa məhkəmə sistemində islahatların aparılması üçün Moldovaya milyardlarla avro vəsait ayırır, lakin o vəsaitlər elə başlanğıcda talan edilir və nəticədə heç bir müsbət dəyişiklik baş vermir. Nə deyəsən…

Maraqlanan hər kəs internetə daxil olub Moldovada yaşanan əcaib olaylar haqqında oxuya bilər. Mən Moldova vətəndaşı olaraq ölkənin yeni prezidenti Maya Sanduya böyük ümidlər bəsləyirəm. O, Moldovadakı siyasətçilər arasında yeganə fiqurdur ki, ölkədə tüğyan edən özbaşınalıqlar barəsində qlobal arenada açıq danışır və hakimiyyəti ələ keçirmiş korrupsionerlərə qarşı mübarizə üçün dünyadan dəstək istəyir!

Maraqlıdır, Böyük Britaniya vətəndaşı olan Almari Vael 10 ildən çoxdur, Moldovada nə edir?

Almari Vael Süleyman özünü Moldovada hədsiz dərəcədə yaxşı hiss edir. O, bütün Avropada “çirkli pulların yuyulması”, pornosənaye, qanunsuz kazino işlətmək, dələduzluq və oğurluqla məşğuldur. Özünüz baxın, o və şərikləri 2017-ci ilin oktyabrından 2018-ci ilin sentyabrına qədər Danimarka bankı vasitəsilə 550 milyon avroya qədər “pul yuyub”. Bu, mənim yox, Avropa mənbələrinin məlumatıdır. Danimarkalı jurnalistlər və Avropa üzrə 1000-dən çox zərərçəkmiş şəxsin vəkili “Almari Vael” personajı haqqında məlumat əldə etmək üçün mənimlə əlaqə saxlayırlar. Onun barəsində “Google”da bütün məlumatlar var. Ona görə də Haqqın.az-ın timsalında ələ alınmış bəzi Azərbaycan KİV-lərinin Almarini “tanınmış moldovalı biznesmen” kimi təqdim etmələri gülüncdür. Həmin adamı “tanınmış beynəlxalq cinayətkar” adlandırmaq daha doğru olardı.

O, Moldovada deputat, Demokrat Partiyasının banisi Dmitri Dyakovun qızına “ərə gedib”. Bəli, özü də qıza yox, onun atasına – “məharətli” deputata, 20 ildən çoxdur, Moldovada ən prinsipsiz və yalançı siyasətçi kimi tanınan, xalqın sözün əsl mənasında ucadan ölüm arzuladığı adama “ərə gedib”. Bəli, bu cənab Dyakov öz kürəkənini Qanundan qoruyur, dəqiq desək, onu himayə edir. Moldovada çirkli pullar, üstəgəl siyasi himayə o deməkdir ki, beynəlxalq səviyyəli cinayətkar “evindədir” və özünü balığın dənizdəki rahat vəziyyətində hiss edir.

Yeri gəlmişkən, o, hələ mən hamilə olarkən özündən xeyli böyük və birinci nikahından 15 yaşında oğlu olan (Almari onu oğulluğa götürüb) xanım Dyakova ilə münasibət qurmuşdu. Bunu niyə xüsusi qeyd etdiyimi sonra yazacağam.

Azərbaycana gələn Almari Vael iddia edir ki, guya onun uşaqla görüşməyinə mane oluram və həyat yoldaşım mənə bu işdə dəstək verir

Ondan başlayım ki, hazırda 6 yaşı olan qızım Malika anadan olandan bu günə qədər mənimlə yaşayıb. Uşağın bütün qayğısını özüm çəkmişəm, onu anamın və bacımın yardımı ilə təkbaşına, cənab Almarinin iştirakı olmadan böyütmüşəm. Cənab Almarinin rolu yalnız məhkəmənin təyin etdiyi qrafik əsasında uşaqla görüşmək olub. Başqa heç nə!

Məsələnin maliyyə tərəfinə gələk. Mən heç vaxt aliment təyin olunması üçün müraciət etməmişəm. Bir ata kimi, uşağın təminatı üçün lazım olan məbləğdə pul ayırırdı. Uşağın 1 yaşına qədər bu məbləğ ayda təqribən 250, daha sonra isə 400 manat olub. O, mətbuatda car çəkir ki, guya maddi planda uşağı da, məni də layiqincə təmin edib. Həmçinin guya mən onu pula görə şantaj etmişəm. “Tanınmış moldovalı biznesmen”dən “şantajla qopardığım” pulun açıqlanan məbləği haqda özünüz qərar verin. Sənə ayıb olsun, cənab Almari! İki ildən artıqdır, onun uşağa pul göndərib-göndərmədiyini bilmirəm. Qızımın maddi təminatı ilə həyat yoldaşım Ramil Həsən məşğul olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!