Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək

Sosial

24 Aprel 2019 20:11 867


Bakıda 30-cu Beynəlxalq İnformatika Olimpiadası (İOİ-2019) keçiriləcək. 

Təhsil Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, Olimpiada bu il 4-11 avqust tarixlərində baş tutacaq. 

Bildirilib ki, bununla bağlı hazırlıq işləri çərçivəsində ADA Universitetində müxtəlif tədbir və görüşlər təşkil edilir. Dominos pizza

Proqram çərçivəsində Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdən olan medalçıları ilə görüş keçirilib. İlk görüş 1996-cı ildə Macarıstanda keçirilən 8-ci Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı Elnur Seyidli ilə olub. Görüşdə bilik yarışına hazırlıq prosesinin təşkili, milli komandanın burada iştirakı və digər məsələlər müzakirə olunub.

Xatırladaq ki, Elnur Seyidli Bakı şəhəri 20 nömrəli məktəb-liseyin məzunudur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!