“Beynəlxalq İpək Yolu“ turniri başlayır

saytların hazırlanması

Evə çatdırılma

“Beynəlxalq İpək Yolu“ turniri başlayır

İdman

27 Mart 2019 18:34 1081


Bu gün boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start veriləcək. 

"Yeni Sabah" xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda 10 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edəcəklər. 117 idmançının gücünü yoxlayacağı “Böyük İpək Yolu”nun final görüşləri aprelin 1-də olacaq. 

Azərbaycan yığması yarışa geniş tərkibli heyətlə qatılacaq. Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə 34 boksçunu sınaqdan keçirəcək. Milli komandadan başqa, ölkəmizin 4 klubunun (“Sədərək” İK, DİN İC, “Qəbələ” İK, “Neftçi” İK) 6 üzvü də medallar uğrunda mübarizə aparacaq. Azərbaycan milli komandasının heyəti 49 kq. Yadigar Əliyev, Orxan Süleymanov 52 kq. Məsud Yusifzadə, Elvin Məmişzadə, Qoşqar Səfərli, Mirmehdi Mehdizadə 56 kq. Tayfur Əliyev, Ümid Rüstəmov, Fuad Tarıverdiyev 60 kq. Cavid Çələbiyev, Sərxan Əliyev, Ruslan Rüstəmov, Nurlan Səfərov 64 kq. Bəxtiyar Qazıbəyov, Fuad Ağamoğlanov, Elnur Əliyev, Nəbi İsgəndərov 69 kq. Elnur Süleymanov, Nicat Həsənov, Lorenso Sotomayor, Rahil Yaqubzadə 75 kq. Kamran Şahsuvarlı, Amin Kuşkov, Rasim Çobanlı, İsmayıl Hüseynov 81 kq. Rauf Rəhimov, Alfonso Dominqes, Cəbrayıl Yelekov 91 kq. Rövşən Yaqubzadə, Rahil Məmmədli, İsmayıl Yaqubov, Surət Qarayev +91 kq. Sadiq Səmədov, Mətin Mehrəliyev Qeyd edək ki, döyüşlər 15:00-da başlayacaq. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!