Beynəlxalq reytinq agentliyi Xalq Bankı qiymətləndirib

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq reytinq agentliyi Xalq Bankı qiymətləndirib

İqtisadiyyat

16 Aprel 2019 22:35 683


Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yüksəldib. 

“Yeni Sabah” xəbər verir ki, beləliklə, Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini bir pillə yüksəldərək B2 səviyyəsində müəyyən edib və həmin reytinq üzrə proqnozu  “Stabil” olaraq qiymətləndirib. 

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) Сaa1-dən B3-ə yüksəldib, bu da Bank aktivlərinin keyfiyyətinin yüksəlməsi, mənfəətliliyinin artması və yüksək kapital  ilə əlaqəlidir. pizza sifarişi

Bundan əlavə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqi (CR Assessments) B2(cr)-dən B1(cr)/Not Prime  səviyyəsinədək artırılıb.  

Bankın qısamüddətli bank depozitləri, qısamüddətli kontragent riskinin reytinqi NP səviyyəsində təsdiqlənib.

Moody’s ekspertləri Bankın reytinq üzrə proqnozunu “Stabil“ olaraq qiymətləndirilməsini Xalq Bankın kredit göstəricilərinin yaxın 12-18 ay ərzində dəyişməyəcəyi və eyni səviyyədə qalması ilə bağlı gözləntilər ilə əsaslandırırlar. 

ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!