Niderlandda keçirilməsi planlaşdırılan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO2020) Covid-19 pandemiyası ilə əlaqədar virtual şəkildə təşkil olunub.
Təhsil Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, builki olimpiadaya dünyanın 52 ölkəsindən 205 şagird qatılıb. Bu il sözügedən olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Ləman Ağazadə və XI sinif şagirdi Zəhra Bayramlı, Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayeva və Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı ölkəmizi təmsil edirlər. Olimpiada 21 aprel tarixinədək davam edəcək.
Qeyd edək ki, ölkəmiz artıq 4-cü dəfədir ki bu elm yarışında təmsil olunur. Ötən il baş tutan Avropa Qızlar Riyaziyyat Olimpiadasında komandamız bir bürünc medal əldə edib. Dominos pizza
Telegram kanalımız