Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” beynəlxalq turnirində ilk oyununu keçirib.
"Yeni Sabah" xəbər verir ki, yığma ilk matçda Rusiya ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, yığma növbəti görüşünü martın 3-də Belarusa qarşı keçirəcək. Komanda martın 5-də isə İranla qarşılaşacaq.
Telegram kanalımız