Beynində qəlpə olan 9 yaşlı ukraynalı qızın hekayəti - Video

saytların hazırlanması

Evə çatdırılma

Beynində qəlpə olan 9 yaşlı ukraynalı qızın hekayəti - Video

Dünya

13 May 2022 10:37 191


Beynində qəlpə olan 9 yaşlı ukraynalı qız möcüzəvi şəkildə sağ qalıb. O, Mikolaiv şəhərinin Rusiya ordusu tərəfindən atəşə tutulması zamanı yaralanıb.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, bombardman başlayan zaman ana Nina Vavrinyuk qızı Sofiyanı öz bədəni ilə örtsə də, mərminin qəlpələri uşağın başına dəyib.

“Hər şey bitəndə bacım başını qaldırdı və qəfildən qışqırdı: “Bu nədir?” Sofiyanın başından qan su kimi axırdı. Hamımız vahimə içindəydik. Qanı dayandırmaq üçün əlimlə onun başını tutdum”, - deyə qadın baş verən dəhşəti xatırlayır. Dominos pizza

Sofiya dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Uşaq 2 gün komada qaldıqdan sonra ayılıb, buradan isə Lvova təxliyə edilib və orada əməliyyat olunub.

Həkimlər onun beynindən qəlpəni çıxarıblar, kəllə sümüyünün zədələnmiş hissəsi isə titan lövhə ilə örtülüb. Gələcəkdə Sofiyanı uzun bir reabilitasiya prosesi gözləyir.

Hazırda uşaq yenidən hərəkət etməyi öyrənir və danışmağa başlayır.

“Sağ gözünü bir az qıyır, sol gözü yaxşı görmür. Sağ qulağı yaxşı eşitmir, sağ əlini yaxşı qaldırmır... və yavaş-yavaş yeriməyi öyrənirik, məşq edirik”, - deyə Nina Vavrinyuk bildirib.

Anasının köməyi ilə qız şəkil çəkir, mahnı oxuyur, oyuncaq pişiklə oynayır. Bundan başqa, onunla psixoloq da işləyir.

“Belə vəziyyətlərdə xəstələrin çoxu ümumiyyətlə sağ qalmır və yaşadıqları təqdirdə onların xarici dünya ilə rabitələri itir. Onun sağ qolunda və sağ ayağında bir qədər zəiflik var, lakin aldığı zədə ilə müqayisədə bu, həqiqətən də, möcüzədir”, - xəstəxananın neyrocərrahiyyə şöbəsinin müdiri Mixail Lovqa bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!