Bəzi bölgələrə intensiv yağış yağıb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi bölgələrə intensiv yağış yağıb - FAKTİKİ HAVA

Sosial

26 Sentyabr 2024 10:28 269


Sentyabrın 26-sı saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Zaqatalada 106 mm, Lənkəranda 33 mm, Qəbələdə 21 mm, Astarada 19 mm, Lerikdə 12 mm, Balakəndə 8 mm, Yardımlıda 6 mm, Göyçay, Şəki, Oğuz, Şəmkir, Qax, İsmayıllı, Tərtərdə 4 mm-dək olub. Marqarita pizza

Şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s, Cəfərxanda 16 m/s-dək güclənib.

Göygöl, Lerik rayonlarında, Şahdağda və Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 29, Aran rayonlarında 31, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!