Bəzi din xadimlərinin fəaliyyəti məhdudlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bəzi din xadimlərinin fəaliyyəti məhdudlaşdırılacaq

Din

22 Mart 2019 20:03 1438


Dini bilikləri olmayan şəxslər din xadimi kimi çalışa bilməyəcək.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, attestasiyanın keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən təsadüfi şəxslərin kənarlaşdırılmasıdır: Dördpendirli pizza

“Bu sahədə dini bilikləri olmayan, lakin özünü din xadimi kimi təqdim edərək fəaliyyət göstərən şəxslər var. Bizim məqsədimiz həmin şəxsləri bu sahədən kənarlaşdırmaqdır. Din xadimlərinin attestasiyadan keçirilməsi onların peşəkarlıq qabiliyyətini artırmaq, dini marifləndirmə sahəsində də əhəmiyətli işlər görməkdir. Çalışırıq ki, bu sahədə dini bilikləri olmayan və təsadüfi adamların fəaliyyətini məhdudlaşdıraq. Bu məqsədlə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən mütəmadi olaraq attestasiyalar təşkil edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu prosesdə iştirak edir. Attestasiyada müvəfəqiyyət qazanmış şəxslər isə QMİ sədrinin əmri ilə imam, imam müavini və mütəvəlli vəzifələrindən birinə təyin edilir”.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!