“Bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqlar mövcuddur” - Vilayət Eyvazov

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqlar mövcuddur” - Vilayət Eyvazov

Siyasət

16 Sentyabr 2019 16:44 1310


“Bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqlar mövcuddur”.

"Yeni Sabah" xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir bu nöqsanların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib. Marqarita pizza

İlk növbədə bu ilin ötən dövründə bir tona yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını bildirən V.Eyvazov bu sahədə fəaliyyətin nəticələrinin tam qənaətbəxş olmadığını, antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri olan tədbirlər barədə konkret tapşırıqlar verib.     


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!