“Bəzi ölkələrdə dil gömrüyü var, bizdə isə...” 

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi ölkələrdə dil gömrüyü var, bizdə isə...” 

Siyasət

01 Avqust 2022 15:34 1465


“Mən Azərbaycandakı Dil Qurumu Təşkilatının başqanıyam. Biz təxminən 15 ildən artıqdır ki, bu qurumun tərkibində dil məsələləriylə, dilimizin yabancı sözlərdən qorunması, inkişafı və təkmilləşdirilməsi məsələləri uğrunda çalışırıq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

O, Azərbaycan dilinin inkişafı, görülən tədbirlər və mövcud problemlər barəsində Azərbaycan Əlifbası və Ana Dili Günündə danışıb. Dördpendirli pizza

VHP sədri əlavə edib ki, Azərbaycanın kənd və rayonlarında, eləcə də paytaxt Bakıdakı ictimai yerlərdə reklamların, həmçinin, dilin işlənmə məsələlərini nəzarətdə saxlayırlar:

“Şübhəsizdir ki, dilimizin tarixində müstəqillik dövrü parlaq bir mərhələni təşkil edir. Çünki dil artıq dövlət səviyyəsində qorunur və bütün müəssisələrdə işlənilir. Hətta beynəlxalq əlaqələrdə biz dilimizdən istifadə edirik.

Bununla yanaşı, problemlər də var. Bütün dillərdə olduğu kimi, Azərbaycan dilinə xarici axın çoxdur. Onlar müxtəlif şəkildə, reklamlarda, ərzaq məhsullarında, alış-veriş məkanlarında, restoranlarda, kafelərdə qarşımıza çıxır. Hətta qanunlarımız hazırlananda bir çox terminlər xarici dillərdən götürülür və bunlar da problemdir. Eyni zamanda təəssüf ki, Bakının mərkəzində olan reklamların yazılışında, o cümlədən bir sıra müəssisələrdə, restoranlarda və s. məkanlarda müxtəlif brend adları ilə xarici sözlər gətirilir və ana dili qanunda yazıldığı şəkildə qorunmur. Hansı müəssisəsinin adı yazılır-yazılsın, bu, ilk dəfə ana dilində yazılmalıdır, daha sonra isə kənar dillərdə yazıla bilər. Biz bunların hamısını müzakirə olunur”.

S. Rüstəmxanlı vurğulayıb ki, dünyanın bir sıra ölkələrində dil gömrüyü mövcuddur:

“Hətta dil polisi də var. Kənardan gələn sözlər də hökmən süzgəcdən keçməlidir. Bütün sözlər necə gəldi Azərbaycan dilinə buraxıla bilməz. Mən bu barədə bir çox tənqidi fikirlərimi demişəm. Ona görə də nə söz gəldisə, onu dilimizə buraxmaq olmaz. Hökmən, bir sıra sözlərin qarşılığı tapılmalıdır. Bu baxımdan, türk dilləri ilə əlaqələrin qurulması vacibdir. Məncə, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında yeni terminlərin əlaqələndirilməsini təşkil etməliyik. Yəni xarici dildən gələn sözləri biz elə dəyişməliyik ki, dilimiz bir-biri ilə daha da yaxınlaşsın”.

Sonda millət vəkili xalqımızı bugünkü gün münasibətilə təbrik edib:

“Amma hər halda bu gün Azərbaycan Əlifbası və Ana Dili Günüdür. Bu baxımdan, ana dilimizdə danışan, bu dilin inkişafının qayğısında qalan bütün soydaşlarımızı ürəkdən təbrik edirəm”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!