“Bəzi qruplaşmalar ölkədə sabitliyi pozmağa çalışır”

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi qruplaşmalar ölkədə sabitliyi pozmağa çalışır”

Siyasət

10 Avqust 2022 08:46 1043


“Qarabağdakı zəfərimizdən sonra qarşımızda duran ən önəmli məsələlərdən biri də Azərbaycanda dini təhlükəsizliyin təmin olunmasıdır. Son hadisə göstərdi ki, həm xaricdə, həm də ölkə daxilində bu cür qruplaşmaların qarşısının peşəkar formada alınması istiqamətində müvafiq tədbirlər görülməlidir. Daha ciddi və sərt addımların atılmasına ehtiyac var”.

Bunu Bakupost.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ölkədə din sahəsində çox ciddi islahatlar həyata keçirilməlidir: “Təəssüf ki, ölkə daxilində radikal qruplar və onları dəstəkləyənlər az da olsa, var. Aidiyyatı orqanalarımız bununla bağlı müəyyən addımlar atıblar. Vəziyyət nəzarət altındadır. Ancaq hesab edirəm ki, atılası addımlar hələ çoxdur. Bu tədbirləri zamanında görməsək, növbəti mərhələrdə bu kimi hallar davamlı xarakter ala bilər. Çünki bəzi qruplaşmalar ölkədə dini sabitliyi pozmağa çalışırlar. Belə qruplaşmaların məkirli niyyətlərinin qarşısı vaxtında alınmalıdır”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!