Bəzi reklam qurğularının quraşdırılması üçün icazə alınmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bəzi reklam qurğularının quraşdırılması üçün icazə alınmayacaq

Sosial

28 Yanvar 2019 18:56 840


Azərbaycanda açıq məkanda reklam qurğularının tikintisinə və quraşdırılmasına icazəsinin verilməsi proseduru sadələşdirilir.

Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur.

Məcəllənin hazırkı variantına görə, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstuktiv dəyişikliklərin edilməsinə müvafiq icra hakimiyyəti orqanı icazə verir. Toyuqlu pizza

Yeni dəyişikliklərdə isə reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstuktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi təklif edilir.

Belə ki, reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadrat metrdən az olduqda tikintiyə icazə sənədinin alınmasına ehtiyac qalmayacaq. Bu reklam qurğularının quraşdırılması və sökülməsi qaydası “Reklam haqqında” qanuna təklif edilən dəyişikliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu dəyişikliklər Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!