“Bəzi səbəblərə görə sabahkı oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi səbəblərə görə sabahkı oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik” - Qurban Qurbanov

İdman

15 Sentyabr 2025 23:42 436


"Qarabağ" futbolçuları "Benfika" ilə matçda ən yaxşı oyunlarını sərgiləyəcəklər".

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya bəzi səbəblərə görə yaxşı hazırlaşa bilmədiklərini söyləyib: pizza

"Bu şəhərdə olmaq və belə gözəl stadionda futbol oynamaq bizim üçün xoş olacaq. Bəzi səbəblərə görə qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişik. Hər halda, yetərincə təcrübəmiz var. İnanıram ki, sabah futbolçularımız ən yaxşı oyunlarını göstərəcəklər. Hər bir futbolçunun arzusudur ki, Çempionlar Liqasının əsas mərhələsində iştirak etsin".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!