Bəzi UNEC tələbələri niyə diplom ala bilmir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Bəzi UNEC tələbələri niyə diplom ala bilmir? - Video

Sosial

27 Yanvar 2025 22:37 351


İqtisad Universitetinin Dərbənd filialının 2023-2024 tədris ili üzrə məzunları diplomlarını ala bilmirlər.

Yenisabah.az Baku TV-yə istinadən məlumat verir ki, onlar universitetə dəfələrlə müraciət etsələr də, nəticə olmadığını deyirlər.

"Diplom vermədiklərinə görə il yarımdır ki, işsiz qalmışam. Diplomdan heç bir xəbər yoxdur. Təhsil Nazirliyinə müraciət etmişik. Bizə deyirlər ki, siz Dövlət İmtahan Mərkəzi yox, orada keçirilən müsabiqə vasitəsilə qəbul olunmusunuz", - şikayətçi Elnur Babayev deyib. pizza

Məsələ ilə bağlı ali təhsil ocağından bildirilib ki, Dərbənd filialının məzunlarına diplomların təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb.

Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!