"İnanırıq ki, Qafqaz regionunda müharibəyə əsaslanan nizamlama sona çatıb və sülhə əsaslanan nizam bərqərar olub. Davamlı sülh hökumətlər və xalqlar arasında mehriban və hamar bir dil tələb edir".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
O, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib: "Cənubi Qafqaz regionu İran üçün böyük əhəmiyyət kəsb edir və biz region ölkələri arasında yaxınlaşmanı alqışlayırıq". Dördpendirli pizza
Nazir əlavə edib: "İran Qafqaz regionunda sülhün yaradılmasına diqqət yetirir. Azərbaycan Prezidenti Əliyevlə Qoşulmama Hərəkatı çərçivəsində, habelə Ermənistanın xarici işlər naziri ilə bugünkü və Ermənistanın baş naziri ilə son aylarda keçirdiyimiz görüşlərdə İranın regionda uzunmüddətli sülh və əmin-amanlığın yaradılması üçün lazım bildiyi tədbirləri diqqətə çatdırdıq".
Əmir Abdullahian qeyd edib: "Tehran və İrəvan tranzit yollarının vacibliyini vurğulayırlar. Cənab İlham Əliyev də əmin etdi ki, Azərbaycan İran və Ermənistan arasındakı tarixi yolu bağlamağa çalışmayacaq.
İnanırıq ki, qonşular arasında daha çox sülh və təhlükəsizlik region ölkələrinin ümumi maraqlarını təmin edə bilər.
Qafqaz regionu fitnə və nüfuz rəqabəti meydanına çevrilməməlidir.
Bu gün vəzifədaşımla sülh danışıqlarını müzakirə etdik. İnanırıq ki, Qafqaz regionunda müharibəyə əsaslanan nizamlama sona çatdı və sülhə əsaslanan nizam bərqərar oldu. Davamlı sülh hökumətlər və xalqlar arasında dostluq və rəvan dil tələb edir".
İran XİN rəhbəri bildirib: "Bəzi xarici qüvvələr Qafqaz regionunda fikir ayrılıqlarından sui-istifadə etməyə çalışır. Biz region ölkələri arasında "3+3" formatını alqışlayırıq. İran Ermənistan və Azərbaycanın da iştirak etdiyi bu formatda görüş keçirməyə hazır olduğunu bəyan edir".
Əmir Abdullahian vəzifədaşı A. Mirzoyanla ikitərəfli münasibətlərə dair danışıqlara toxunub: "Ticarət mübadiləsinin tavanını 1 milyard dollara və təbii ki, onu 3 milyard dollara çatdırmağa çalışırıq".
Telegram kanalımız