"Bəziləri "ə, nəyimə lazımdı, qoy oturmuşuq" deyib, mənliyini sataraq evdə oturub”.
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Hüsniyyə Məhərrəmova son günlər sosial şəbəkələrdə əyləncəli postlar paylaşanlar haqda deyib. Aparıcı həmin şəxsləri sərt tənqid edib:
“Bu gündən sonra mən də vətəndaş olaraq yalnız musiqi, əyləncə, yeyib-içməkdən danışacam. Bu mövzularla bağlı fikirlərimi bölüşəcəm. Bu günlərdə hovuz kənarında şəkil paylaşan, hansı dodaq boyasının daha qalıcı olduğu ilə maraqlananlar elə ən ağıllı adamlar imiş. Yoxsa biz, özümüzə əl qatmışıq. Vətən elə getdi, birlik belə gəldi, sevinc və qürur hissi, həyacan, ürək ağrısı, göz yaşı, dost, həmvətənim, sənin dərdin mənim dərdim... Düz deyirlər, hamısı populizm idi". Marqarita pizza
Telegram kanalımız