“Bəziləri qarabağlıların Qarabağı tərk etməsini arzulayır“ - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Bəziləri qarabağlıların Qarabağı tərk etməsini arzulayır“ - Paşinyan

Xalqın səsi

14 Aprel 2022 14:24 1219


"Qarabağlılar Qarabağda yaşamalıdır".

Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 14-də parlamentdə çıxışı zamanı deyib.

“Bu çıxışla biz Ermənistan Respublikası və "Artsax" üçün məkan açdıq, çünki əvvəlki dövrdəki bütün danışıqlar prosesi zamanı Ermənistan və "Artsax" siyasi, diplomatik məkandan məhrum idi. Biz Ermənistan və "Artsax"ın dövlətçiliyinin qorunub saxlanmasına yol açırıq”, - deyə Paşinyan vurğulayıb. Dördpendirli pizza

Baş nazirin sözlərinə görə, bəziləri qarabağlıların Qarabağı tərk etməsini arzulayır:

“Xeyr, qarabağlılar Qarabağı tərk etməməlidir. Qarabağlılar Qarabağda yaşamalıdır, Qarabağlıların Qarabağda hüquqları, azadlıqları, statusları olmalıdır. Qarabağdakı qarabağlılar qarabağlı, "artsaxlı" və ya erməni olmalıdır. Söhbət də bundan gedir”, - Paşinyan vurğulayıb.

Baş nazir vurğulayıb ki, hərbçilər Qarabağın və Ermənistanın gələcəyi naminə müharibədə həlak olub:

“Biz xalqımızı qurbanlıq quzu vəziyyətindən çıxması üçün ona yol açdıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!