Biabırçılıq! Azərbaycanda kişi evini əxlaqsızlıq yuvasına çevirdi

saytların hazırlanması

Evə çatdırılma

Biabırçılıq! Azərbaycanda kişi evini əxlaqsızlıq yuvasına çevirdi

Sosial

02 Fevral 2024 12:59 829


Ali Məhkəmədə fahişəliyə cəlb etmədə və əxlaqsızlıq yuvaları saxlamada təqsirləndirilən Sahib Səfərovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. SİA xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Sahib Səfərov 2021-2022-ci illər ərzində istintaqla müəyyən edilə bilinməyən ay, gün və vaxtda yaşadığı Ağdam rayonu Quzanlı Köçkün qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qeyri-yaşayış sahəsini müştərilərin cinsi əlaqədə olması üçün yataq dəsti və digər məişət avadanlıqları ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün mühafizəsini təmin edib. O, həmin yeri yararlı vəziyyətə gətirərək arvadı H.S.-ni (şərti) bir neçə dəfə kişi müştərilərlə görüşdürüb, fahişəliklə məşğul olmağa cəlb edib. Sezar pizza

Daha sonra Sahib Səfərov cinayət məsuliyyətinə cəlb edilib. Ağdam Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!