Müqəddəs Ramazan Bayramı ilə əlaqədar Bibiheybət məscid-ziyarətgah Kopleksində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə bayram tədbiri keçirilib.
Ramazan Bayramı günü keçirilən tədbiri açıq elan edən Bibiheybət Məscid-ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Rahib Babayev tədbir iştirakçılarını Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün bayram xüsusi sevinc və təntənə ilə qeyd edilir. “Nəhayət ki, uzun illər etdiyimiz dualar və arzularımız çin oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sərkərdəliyi ilə şanlı ordumuz 44 günlük Vətən Müharibəsi və daha sonra lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa edildi. Buna görə də biz öz şəhidlərimizə, qazilərimizə, igid əsgər və zabitlərimizə minnətdarıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik”.
Telegram kanalımız