Bibiheybət yolunun ikinci zolağı açılıb

saytların hazırlanması

Evə çatdırılma

Bibiheybət yolunun ikinci zolağı açılıb

Avto

21 Yanvar 2020 13:15 1624


Bibiheybət yolunun ikinci zolağı da açılıb. 

Yenisabah.az xəbər verir ki, artıq bir neçə gündür yol ikitərəfli şəkildə fəaliyyət göstərir. İkinci zolağın açılması ilə Salyan şossesinə çıxış, Bibiheybət məscidinə və “Dərya” restoranına gediş bərpa olunub. Doğrudur, hələlik bəzi məhdudiyyətlər var. Lakin yaxın günlərdə yol tam olaraq istifadəyə veriləcək.

Xatırladaq ki, sözügedən yolda ötən il noyabr ayının 7-də AAYDA-nin əməkdaşları tərəfindən çatların əmələ gəlməsi aşkarlanıb. Dərhal aidiyyəti qurumlara bununla bağlı rəsmi şəkildə məlumat verilib və agentlik tərəfindən ərazi nəzarətə götürülüb. Noyabr ayının 24-də yağan intensiv yağışlar nəticəsində çatların daha da böyüdüyü müşahidə edilməyə başlanılıb. Həmin gün axşam saat 7-8 radələrində yol ilə hərəkət tamamilə məhdudlaşdırılıb. Noyabr ayının 25-i səhər saat 5-6 radələrində yolda çökmə qeydə alınıb. Agentlik tərəfindən vaxtında görülmüş təhlükəsizlik tədbirləri daha ağır fəsadların baş verməsinin qarşısını alıb. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!