Biləsuvar sakinindən narkotik maddə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvar sakinindən narkotik maddə tutuldu

Kriminal

01 Mart 2019 17:27 1122


Biləsuvar sakinindən narkotik maddə tutulub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Nurəddin Zəkiyev saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən politelen seloffana bükülmüş 154.06 qram çəkidə narkotik vasitə  olan “heroin” aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı N. Zəkiyev narkotik maddəni Gəncə şəhərinə satmaq üçün gətirdiyini etiraf edib. Dördpendirli pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!