Biləsuvarda 2 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda 2 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı Rəsmi açıqlama

Kriminal

31 Avqust 2019 08:56 1190


Daxili İşlər Nazirliyi (DİN) Ələt-Astara avtomobil yolunun 80-ci kilometrliyində üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

"Yeni Sabah"ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev "Report"a açıqlamasında bildirib ki, qəzanın zəncirvari şəkildə baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Avqustun 30-da saat 20 radələrində Ələt-Astara yolunun 80-ci kilometrliyində, Biləsuvar rayonunun ərazisində Bakı şəhər sakini Səadət Fərəczadənin idarə etdiyi “Hyundai” markalı minik avtomobili yolun kənarındakı maneəyə dəyərək aşıb. Nəticədə sərnişinlərdən ikisi – S.Fərəczadənin oğlu Səfər və qardaşı oğlu Riyad Hüseynov hadisə yerində ölüb. Sürücü ilə birlikdə daha 4 sərnişin - sürücünün qızları – Nigar və Fidan, həmyerliləri Günel Hüseynova və onun azyaşlı oğlu Rafiq Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. G.Hüseynovanın vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!