Biləsuvarda 2 yaşlı uşağın ölümü: Sınıqçı ev dustağı oldu

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda 2 yaşlı uşağın ölümü: Sınıqçı ev dustağı oldu

Kriminal

09 Oktyabr 2024 17:51 1208


Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxsin barəsində istintaq orqanının təqdimatına baxılıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, Biləsuvar rayon Məhkəməsində rayonda sınıqçı kimi tanınan Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Azyaşlının ailə üzvləri qərardan yuxarı instansiyaya şikayət edəcəklərini bildiriblər. pizza

Sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!