Biləsuvar rayonunun girişində ağır avtomobil qəzası baş verib.
Belə ki, rayonun girişində idarəetməni itirən “Mercedes” (panorama) markalı maşın aşdıqdan sonra yanıb.
Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza sürücünün ehtiyatsızlığı nəticəsində baş verib. Avtomobildə olan 3 nəfər çıxarılsa da, ağır yaralanıblar. Dominos pizza
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar Biləsuvar Rayon Xəstəxanasına aparılıb.
Musavat.com
Telegram kanalımız