Biləsuvarda ata və körpə qızının həlak olduğu ağır qəzanın TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda ata və körpə qızının həlak olduğu ağır qəzanın TƏFƏRRÜATI

Hadisə

11 Avqust 2025 23:39 358


Biləsuvarda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi VAZ-2115 markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili ilə toqquşub. Sezar pizza

Qəza nəticəsində VAZ-2115-də olan bir ailənin üzvləri, sürücü E.Niftəliyev və onun 6 aylıq qızı Ahu Niftəliyeva ölüb, həyat yoldaşı 1996-ci il təvəllüdlü Günay Niftəliyeva isə ağır xəsarət alıb.

Həmçinin "Mercedes-Benz"də olan sərnişinlər - 1961-ci il təvəllüdlü Gülağa Qurbanov və 1975-ci il təvəllüdlü Şəhla Orucova xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıbдфк. Ölənlərin meyitləri müayinə olunması üçün rayon morquna təhvil verilib.

Məlumata görə, ölən şəxs Saatlı rayonunda müəllim işləyirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!