Biləsuvarda bıçaqlanma: 2 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda bıçaqlanma: 2 nəfər saxlanıldı

Kriminal

26 Fevral 2026 11:43 340


Biləsuvarda gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib. 2004-cü il təvəllüdlü Cəbrayıl rayon sakini Fərid Həziyevi iş yoldaşları bıçaqlayıb.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Sezar pizza

Əməli törətmək şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov saxlanılıblar.

Adı çəkilən şəxslər rayonda Günəş elektrik stansiyasının tikintisində çalışırlar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!