Biləsuvarda İran vətəndaşı narkotiklə yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda İran vətəndaşı narkotiklə yaxalandı

Kriminal

14 İyul 2024 13:36 1160


Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birgə əməliyyatla ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alıblar.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Biləsuvar rayonunda İran vətəndaşı N.B. saxlanılıb. Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!