Biləsuvarda məscidin qarşısında insident: Borcunu istəyən usta güllələndi

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda məscidin qarşısında insident: Borcunu istəyən usta güllələndi

Kriminal

20 Avqust 2024 17:57 629


Biləsuvarda güllələnmə hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mais Nəsirov hər iki ayağından güllə yarası alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hadisəyə səbəb usta işləyən Mais Nəsirovun evini təmir etdiyi şəxsdən qalan borcu istəməsi olub. Bir müddət borclu qalmış ev yiyəsinin ustanı kənd məscidinin qarşısına çağırdığı, orada onun ayaqlarına ov tüfəngindən atəş açdığı bildirilir. Pepperoni pizza

Məlumata görə, ev sahibinin ustaya 1000 manat borcu olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, avqustun 19-da saat 22 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Mais Nəsirov ov silahından açılan atəş nəticəsində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1978-ci il təvəllüdlü Zabir Qurbanxan oğlu Soltanov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!