"İran-Azərbaycan münasibətlərinin kəskinləşməsinə səbəb İran siyasi elitası daxilində toqquşmadır".
Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
"Azərbaycan amili insanların diqqətini əsas mövzudan - "İranın nüvə məsələsi" ilə bağlı danışıqlara qayıtmaqdan yayındırmaq üçündür. Sanksiyaların ləğv edilməsi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sanksiyalardan yan keçməklə neft satışına inhisarını, yəni böyük maliyyə axını üzərində nəzarətini aradan qaldırmağa imkan verəcək. Buna görə də "sionistləri" Suriyanın İsraillə sərhədində deyil, Zəngəzurda axtarırlar..." - deyə eks-nazir qeyd edib. Sezar pizza
Telegram kanalımız