"Dinimizə görə oruclu olduğunu unudaraq qida qəbul etmək və ya su içmək orucu pozmur. Bu barədə Məhəmməd Peyğəmbər (s) buyurub: "Hər kim oruclu ikən yaddan çıxararaq yemək yeyər və ya su içərsə, orucunu tamamlasın. Çünki onu Allah-Taala yedirib-içirmişdir".
Yenisabah.az xəbər verir ki, bu sözləri "Bilmədən su içmək orucu pozurmu?" sualına cavab verərkən ilahiyyatçı-alim, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Qeyd edib ki, unudaraq yemək yeyən, su içən insanlar narahat olmamalıdır:
"Oruclu olduğunu unudaraq qida qəbul edən və ya su içən insanlar narahat olmasınlar, oruclarına davam etsinlər. Onların orucu pozulmur. Allah bütün dua və orucları qəbul etsin! Allah dövlətimizi, ölkə başçımızı və xalqımızı qorusun!" pizza sifarişi
Telegram kanalımız