“”RIA Novosti”nin “Dağlıq Qarabağ Respublikası” ifadəsi rus mətbuatı tərəfindən zaman-zaman dilə gətirilib və bu, yolverilməzdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış jurnalist, “Qaziler.az” saytının Baş redaktoru Rey Kərimoğlu deyib.
O, “RIA Novosti”nin separatçı qurumun “dövlət naziri” Artak Beqlaryanla olan müshaibəsindənb sonra agentliyin Azərbaycan ərazisində bloklanmasının səbəblərindən söz açıb. Pepperoni pizza
Azərbaycan və Rusiya arasındakı Moskva Bəyannaməsinə toxunan baş redaktor vurğulayıb:
“Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev ilə rusiyalı həmkarı Vladimir Putin arasında normal münasibətlər olub. İlk dəfə Azərbaycan müstəqil olandan sonra isə dövlət başçılarının qarşılıqlı münasibətləri daha da inkişaf edib. Həmçinin, paralel olaraq bu ilin fevralında Azərbaycan və Rusiya arasında müttəfiqlik sazişi imzalandı.
Lakin 44 günlük müharibə, eləcə də ondan sonrakı dövrlərdə bir tendensiya müşahidə olunur ki, elə bil orda Rusiya ilə münasibətlərin yaxşılaşmasını istəməyən qüvvələr var. Bu qüvvələr də elə-belə qüvvələr deyil və bir başa Putinin ətrafında olanlardır. Məsələn, Rusiyada mediaya ciddi nəzarət var. “RIA Novosti” də köklü bir agentlikdir. O cümlədən də Marqarita Simonyanın rəhbərlik etdiyi “Sputnik” Agentliyi”.
R. Kərimoğlu əlavə edib:
“Bilirsiniz, adam anlaya bilmir ki, bu, Putinin öz siyasətidir, yoxsa Rusiyanın daxilində olan erməni şəbəkəsinin işləridir bu?! Yadınızdadırsa, 44 günlük müharibə dövründə Vladimir Solovyovun verilişində Azərbaycana qarşı olmazın şantajlar və böhtanları gedirdi. Çingiz Abdullayev, Anar Həsənov, Toğrul İsmayıl və digərləri də çıxış etdilər. Onlar imkan daxilində Azərbaycanın mövqelərini çatdırdılar və obyektiv olmağa çalışdılar. Məncə, Rusiya mətbuatı Azərbaycana qarşı deyil, əksinə, onlar birbaşa Azərbaycanı şantaj edirlər.
Mən özüm də Putinə inanmıram, amma necə olur ki, onun sağında-solunda olan media orqanları Azərbaycanı belə şantaj edirlər, amma cəzasız qalırlar?! Mənim üçün də təəccüblüdür ki, Rusiya üçün ağır olan belə bir vaxtda bunlar Azərbaycandan nə istəyirlər?!”
Müsahibimiz hər hansı bir media orqanının bağlanmasının tərəfdarı olmadığını bildirib:
“Amma Azərbaycanda fəaliyyət göstərən əksər rus saytları, televiziya kanalları - bunların hamısı bağlanmalıdır. Bunlar konkret olaraq Azərbaycanda dağıdıcılıqla məşğuldurlar. Bunlar Azərbaycan dövlətçiliyinə böyük zərbədirlər. Xüsusilə siyasi tok-şouları olan televiziya kanalları.
O ki qaldı “RIA”nın “Dağlıq Qarabağ Respublikası” ifadəsinə, bu məsələ rus mətbuatı tərəfindən zaman-zaman olubdur və yolverilməzdir. Bir şeyi də unutmayaq ki, rus mediasında bu gün kifayət qədər erməni çalışır. Rusiya mediasının ən populyar strukturlarının sahibi erməniəsilli və ermənilərə simpatiyası olan şəxslərdir.
Təəssüf ki, bizim Rusiyada olan milyarderlərimizdən Vahid Ələkbərov, eləcə də digərləri bir dənə də olsun orada hər hansı bir televiziyaya və yaxud agentliyə investisiya qoymadılar. Elə bazarla-dükanla məşğul oldular. Yəqin ki, bir səbəbi də budur ki, ermənilər bundan istifadə edərək hər yerdə varlar və hər yerdə də problem yaratmaqla məşğuldurlar”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız