Binadan düşən iri şüşə parçası iki piyadanı xəstəxanalıq etdi -   Bakıda

saytların hazırlanması

Evə çatdırılma

Binadan düşən iri şüşə parçası iki piyadanı xəstəxanalıq etdi - Bakıda

Hadisə

12 Sentyabr 2019 07:24 1097


Bakının Yasamal rayonunda binalardan birindən iri şüşə parçası iki nəfərin üzərinə düşüb.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində yerləşən "Globus Plaza"da qeydə alınıb.

Binanın pəncərəsindəki iri şüşə parçası qırılaraq səkiyə düşüb. Bu zaman yoldan keçən 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlu və 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu xəsarət alıb. Dominos pizza

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!