Binə bazarındakı yanğınla bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Binə bazarındakı yanğınla bağlı rəsmi açıqlama

Hadisə

08 Oktyabr 2019 05:13 1806


Fövqəladə Hallar Nazirliyi ötən gecə Binə Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, açıqlamaya görə,  8 oktyabr 2019-ci il saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.  Dominos pizza

Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı  mağazaların yanar konstruksiyaları və içərisində olan mallar, təqribən, 2500 m2 sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından  mühafizə olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!