“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basdı - Video

Xalqın səsi

09 Avqust 2019 12:21 2048


Gecə saatlarından yağan güclü yağış paytaxtı sel-su altında qoyub. Yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonudur.

“Yeni Sabah” xəbər verir ki, Lökbatanda yerləşən “Sədərək” və “Binə” ticarət mərkəzlərini də su basıb.

Nəticədə dükan sahibləri, satıcılar mağalara və anbarlara dolan suyu təmziləməyə çalışsalar da, hələlik buna nail ola bilməyiblər. pizza hut

Mağaza sahibləri belə bir vəziyyətin yaranmasında TM-nin sahiblərini güünahlandırıblar. "Hər yağış yağanda eyni problemlə üzləşirik. Ayın sonu çatmamış, bizdən icarə pulları yığırlar. Hələ üstəlikdə digər xərclər adı ilə əlavə ödənişlər tələb olunur. Amma, adicə ticarət mərkəzinin dam hissəsini təmir etmək istəmirlər. Nəticədə də belə problem yaranır". 

Baku.ws, Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!