Binəli Yıldırım Prezident Əliyevə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Binəli Yıldırım Prezident Əliyevə təşəkkür etdi

Siyasət

27 Oktyabr 2022 14:22 660


"Qəza anından etibarən mənimlə çox yaxından maraqlanan, dəstək verən dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım İstanbulda müalicə aldığı xəstəxanadan evə buraxılırkən jurnalistlərə açıqlamasında bildirib.

Mütəmadi olaraq sağlamlıq vəziyyəti ilə maraqlanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü ifadə edən Binəli Yıldırım hadisə ilə bağlı məlumat verib. Marqarita pizza

Qəzadan sonra ilkin müdaxilənin Azərbaycanda edildiyini deyən AK Partiyanın sədr müavini anında helikopterlə Bakıya Mərkəzi Kliniki Xəstəxanaya çatdırıldığını, Azərbaycanda edilən ilkin müdaxilələrdən sonra isə xüsusi təyyarə ilə Türkiyəyə gətirildiyini və müalicəsinin burada davam etdirildiyini bildirilib.

Binəli Yıldırım keçirdiyi bu çətin dövrdə dəstək göstərən hər kəsə təşəkkürünü bildirərək müalicəsinin evdə davam etdiriləcəyini deyib.

Xatırladaq ki, ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılıb, daha sonra isə xüsusi təyyarə ilə İstanbula gətiriliblər. Onların müalicəsi İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasında davam etdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!