Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qarabağda qəzaya düşməsi ilə bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb.
B.Yıldırım Azərbaycana səfəri zamanı qəza keçirdiyini, profilaktika məqsədilə xəstəxanaya yerləşdiyini bildirib. Marqarita pizza
"Allaha şükürlər olsun vəziyyətimiz yaxşıdır".
Qeyd edək ki, bu gün Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüblər. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.
Hazırda onların səhhəti normal qiymətləndirilir./Modern.az
Telegram kanalımız