Binəqədidə 1 nəfər saxta əsginasa görə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə 1 nəfər saxta əsginasa görə tutuldu

Kriminal

10 Oktyabr 2024 10:52 932


Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, oktyabrın 8-də saat 20 radələrində Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində oradakı işçiyə 20 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən 45 yaşlı S.Rüstəmovu saxlayıb. Marqarita pizza

O, araşdırma aparılması üçün 43-cü Polis Bölməsinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!