Binəqədidə  11 min 840 manat dəyərində optik naqil oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə 11 min 840 manat dəyərində optik naqil oğurlandı

Kriminal

05 Fevral 2026 12:18 450


Binəqədi rayonunda 11 min 840 manat dəyərində optik naqil oğurlamaqda təqsirləndirilən şəxs həbs olunub.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, oğurluq 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birində baş verib.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov müəyyən edilərək saxlanılıb. Onun törətdiyi qanunsuz əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Dördpendirli pizza

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!