Binəqədidə binanın girişi niyə bağlanıb? - “İftira atırlar...”

Binəqədidə binanın girişi niyə bağlanıb? - “İftira atırlar...”

Xalqın səsi Veb saytların hazırlanması

14 İyul 2022 17:10 24070


Xəbər verdiyimiz kimi, Binəqədi 22-ci Dağlı küçəsinin sakinləri “MAP MMC”-yə məxsus olan binanın giriş çıxışlarının binanın yaxınlığındakı şəxsi torpaq sahəsinə görə Sumqayıt polis idarəsinin rəisi Fəqan Azadəliyevin göstərişi ilə bağladılması iddiası ilə redaksiyamıza müraciət etmişdilər. 

Məsələ ilə bağlı binanın yanındakı torpaq mülkiyyətin hüquqi varisi Azadəliyev Elxan isə iddiaların əsassız olduğunu, əslində şirkətin onun torpaq sahəsinə qanunsuz müdaxilə etdiyini bildirir. E. Azadəliyev ittihamlara cavab olaraq bildirib: 

“Sizin 14 iyul 2022-ci il tarixdə MAP MMC müraciəti əsasında dərc etdiyiniz məlumata münasibət bildirərək göstərirəm ki, neçə ildir ki, MMC özbaşınalıq  hərəkətlərini pərdələmək üçün iftiralar yaymaqdadır.

Müəyyənedici sənədlərdə göstərilən torpaq sahəsi xüsusi mülkiyyətdədir.

MAP MMC  bilə-bilə ki, özəl torpaq sahəsinə daxil olur, heç bir xəbərdarlıqlara, DƏFRX-in rəsmi bildirişinə, məhkəmə qadağalarına və icra məmurlarının xəbərdarlıqlarına məhəl qoymadan iki il ərzində mülkiyyətdə olan torpaq sahəsinə qəsd etmiş, onu zəbt etmişdir. Torpaq sahəsinin tam zəbtinin qarşısının alınması üçün mən, mülkiyyətçinin varisi Azadəliyev Elxan 09 iyun 2022-ci il tarixdə mühafizə idarəsi ilə müqavilə bağlayaraq mülkiyyətimin mühafizəsini təmin etmişəm. Bundan əlavə, vaxtı ilə MMC tərəfindən dağıdılmış hasarı bərpa edərək yerin hüdudları üzrə divar hördürürəm.

MMC-nin Sizə müraciəti və üzünü də görmədikləri halda adını hallandırdıqları digər varis Fəqan Azadəliyevin adının çəkilməsi “qaraçılıq” arsenalındandır. Yəni, vəzifəli şəxsin adını hallandırmaqla ona diqqət cəlb etmək, onu qanuni yerinin mühafizəsindən çəkindirmək, yerin tam zəbtini həyata keçirməkdir. Halbuki, bütün işlərlə mən məşğulam və yeri miras qaydasında mən qəbul edirəm.

Hər bir halda mülkiyyətini qorumaq, ona sahiblik etmək istər mənim, istərsə də Fəqan Azadəliyevin haqqı, borcu və vəzifəsidir. Polis olaraq öz halal əmlakını qoruya bilməyən polis vətəndaşı da qoruya bilməz”.

Nurlan Cəfəri


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!